"Ermənistan
Dağlıq
Qarabağda
qələbə
qazandı. Lakin hazırda
Ermənistan məğlubiyyətə doğru gedir".
ANS
PRESS-in məlumatına
görə, bunu Ermənistanın
ASALA
terror
təşkilatının
fəal
üzvü
Vazqen
Sislyan
deyib.
Onun sözlərinə
görə, Ermənistan hökuməti Qarabağ uğrunda sonadək mübarizə apara bilmədi: "Biz hazırda
müharibə
vəziyyətindəyik. Ermənistanın bu gün
Dağlıq
Qarabağla
bağlı
yürütdüyü
siyasət
məğlubiyyətə
gətirib
çıxaracaq", - deyə ASALA fəalı bildirib.
Vazqen Sislyan həmçinin qondarma erməni soyqırımı haqda
fikirlərini deyib. O. bildirib ki, nə Ermənistan hökuməti, nə də diasporu hələ
o səviyyəyə çatmayıb ki, erməni soyqırımını dünyaya tanıda bilsin. Onun
sözlərinə görə, Ermənistan hökumətinin “erməni soyqırımı”nın Türkiyəyə
tərəfindən tanınması üçün heç bir gücü yoxdur.